13 Aprel 2020 15:26
2 368
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Azərbaycandakı səfirliyi İrana məxsus yük avtomobillərinin işğal altındakı Azərbaycan ərazilərinə yanacaq və ərzaq daşımalarını nümayiş etdirən video ilə bağlı yayımlanan xəbəri təkzib edib.

Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, yayılan görüntülər saxtadır.

"Tehran-Bakı əlaqələrinin hərtərəfli və geniş inkişafı astanasında düşmənlərimiz və əlaqələrimizin inkişafını istəməyən qüvvələr bu inkişaf prosesinin qarşısını almaq məqsədilə saxta video yayaraq, iki ölkə arasında mövcud olan yaxşı qonşuluq əlaqələrinə kölgə salmağa çalışırlar.

Azərbaycan xalqının diqqətinə çatdırırıq ki, İran İslam Respublikası Azərbaycan Respublikasının işğal olunmuş əraziləri ilə heç bir quru və hava gediş-gəlişinə malik deyil. Ermənilər keçən illər ərzində də bir video və ya selfi ilə iki ölkə arasında mövcud əlaqələri korlamağa çalışıblar. Göründüyü kimi sözügedən saxta videoda yer və zaman məlum deyil və xəbər tamamilə saxtadır", - deyə səfirlik vurğulayıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər