Avropa Komissiyasının sədri Ursula fon der Lyayen təşkilatın işçilərindən birinin COVID-19 koronavirus infeksiyasına yoluxduqdan sonra vəfat etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ursula fon der Lyayen özünün “Tvitter”dəki səhifəsində yazıb.
Mətndə deyilir:
“Mən koronavirusla xəstələnən komissiyanın sadiq işçilərindən birinin ölümü barədə məlumat verməkdən təəssüflənirəm”.
Avropa Komissiyasının rəhbəri mərhumun ailəsinə və həmkarlarına başsağlığı verib.