Çindən yayılmış yeni tip koronavirus dünya ölkələrinin iqtisadiyytına güclü zərbə vurmaqda davam edir.
Teleqraf.com xəbər verir ki, Çilidə koronavirus səbəbindən yaşanan iqtisadi böhran səbəbindən məşğul əhalinin 38 faizi iş yerini itirib.
Çilinin Milli Ticarət Xidmətinin məlumatına görə, aparılan araşdırma nəticəsində müəyyən edilib ki, koronavirus pandemiyası səbəbindən 38 faiz əhali iş yerindən məhrum olub. Həmçinin ölkə miqyasında firma və şirkətlərin 45 faizi fəaliyyətini dayandırıb.
Rəsmilər şirkətlərin 48 faizinin qismən, sadəcə 7 şirkətin isə tam gücü ilə işlədiyini bildiriblər.