Şimali Koreya Yapon dənizi istiqamətində bir neçə qısamənzilli raket atıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Rönhap” agentliyi Cənubi Koreya hərbçilərinə istinadən xəbər yayıb.
Seulun məlumatına görə, mərmilərin mənzili 150 kilometr təşkil edib.
Qeyd edək ki, mart ayının sonunda da Şimali Koreyanın raket buraxdığı bildirilmişdi. Həmin vaxt ölkənin yeni taktiki idarə olunan raketləri sınaqdan keçirdiyi, manevrlərdə Şimali Koreyanın lideri Kim Çen Inın iştirak etdiyi də məlum olmuşdu.