14 Aprel 2020 12:08
1 530
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronovirus pandemiyası səbəbindən karantin elan edən və sərhədlərini bağlayan Avropa ölkələri təcrid mərhələsindən çıxmaq üçün addımara başlayır.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, “qoca qitə”də artıq bununla bağlı ciddi müzakirələrə başlanılıb.

Danimarka sürətlə hərəkət etmir, amma...

Danimarka Baş naziri Mette Frederiksen deyib ki, avqust ayına qədər ölkədə festivallar və böyük toplantılar təxirə salınacaq. "Bu müddətdə biz ip üzərində hərəkət edəcəyik" deyən baş nazir əlavə edib ki, böhranda hərəkətsiz qalacaqları halda itirəcəklər: “Çox sürətli hərəkət etsək, yenə də işlər tərs gedər. Bu səbəbdən də hər dəfə bir addım ataraq vəziyyətdən çıxacağıq”.

Qeyd edək ki, Danimarka martın 13-də sərhədlərini bağlayaraq, karantin rejiminə keçib.

Çexiyada artıq karantin rejimi aradan qaldırılıb

Martın 12-dən fövqəladə vəziyyət elan edən Çex Respublikası ötən həftədən bəzi qadağaları ləğv etməyə başlayıb.

Çərşənbə günü təkbaşına idman edən insanlar üçün maska taxmaq məcbuiyyəti aradan qaldırılıb. Cümə axşamından bazarlar, velosiped mağazaları və təmir sexləri yenidən açılıb. Hökumətin son qərarına görə, bu gündən məcburi ziyarətlərə icazə veriləcək.

Avstriya Paxsa bayramından sonra dirilməyə hazırlaşır

Avstriya isə sərhədlərinin açılmasında fərqli forma tətbiq edəcəyini bəyan edib. Baş nazir Sebastyan Kurts bəyan edib ki, ölkə Pasxa bayramından sonra “dirilməyə” başlayacaq. Ölkədə sabahdan etibarən kiçik mağazalar, marketlər, kənd təsərrüfatı malları satan mağazalar açılacaq. Həmçinin yaxın günlərdə maska taxmaq ictimai nəqliyyatda vacib şərt kimi tətbiq olunacaq. Mayın 1-dən isə bütün mağaza, əyləncə mərkəzləri, restoranlar fəaliyyətini bərpa edəcək.

Norveç aprelin 20-dən məktəblərin fəaliyyətini bərpa edir

Norveç isə aprelin 20-dən məktəbləri açmağı planlayır. Bu tarixdən etibarən karantin rejimində bəzi qadağalar aradan qaldırılacaq.

Baş nazir Erna Sulberq bəyan edib ki, hədəf məktəblərin fəaliyyətini bərpa etməkdir: “Əl-ələ verərək virusu nəzarət altına ala bildik. İndi tədricən qadağaları aradan qaldıracağıq. Bunu təcili deyil, ehtiyatlı formada edəcəyik”.

İspaniya və İtaliya iqtisadi canlanma üçün addımlara hazırlaşır

Koronavirusdan ən çox əziyyət çəkən İtaliya və İspaniya iqtisadiyyatını canlandırmaq məqsədilə addımlar atmağa hazırlaşır. İspaniyada bəzi şirkətlər dünəndən fəaliyyətlərini bərpa etmək qərarı verib. Baş nazir Pedro Sançes qələbədən çox uzaq olduqlarını qeyd edərək bildirib ki, küçələrə qayıtmağa qərarlıyıq, amma imüharibəni qazanmaq lazımdır.

İtaliyada da bəzi fabriklər artıq fəaliyyətini bərpa edib.

Almaniyada məktəblər açılır

Almaniya və İngiltərədə isə təcriddən çıxmaq barədə müzakirələr başlanıb. Almaniya səhiyyə naziri Pasxa bayramından sonra karantin rejimində qadağaların tədricən aradan qaldırıla biləcəyi mesajını verib. İlk mərhələdə parəkəndə sektorun və məktəblərin açıla biləcəyi deyilir.

Consona karantin rejimini yumuşaltmaq üçün təzyiqlər

İngiltərədə isə Boris Conson hökumətində pandemiya tədbirlərinin nisbətən azaldılması mövzusunda fikir ayrılığının olduğu yerli mediaya sızıb. Bəzi nazirlər görülən tədbirlərin iqtisadiyyata ciddi təsir göstərə biləcəyindən narahatdır. Bu səbəbdən də karantin qadağalarının tədricən yumuşaldılmasını təklif edirlər. Hətta bununla bağlı Baş nazir Consona müəyyən təzyiqlərin edildiyini bildirilir.


Müəllif: Cavad

Oxşar xəbərlər