Müstəqil Türkiyə Partiyasının lideri Heydər Baş koronavirus infeksiyası səbəbindən dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.
Məlumata görə, Heydər Baş koronavirus infeksiyasına bir neçə gün əvvəl yoluxub və Trabzon vilayətindəki xəstəxanaların birində müalicə edilib. O, 73 yaşında idi.
Bildirilir ki, Heydər Baş ailəsinin 8 üzvündə də koronavirus üçün aparılmış test müsbət nəticə verib.
Qeyd edək ki, son bir gün ərzində Türkiyədə daha 98 nəfər koronavirusun qurbanı olub.