Koronavirusa yoluxma və ölüm fazilərinə görə, dünyada episentr halına gələn ABŞ-da morqlar dolu olduğuna görə, ölənləri xəstəxanaların boş anbarlarına yığırlar.
Teleqraf.com xəbər verir ki, bu mənzərəni əks edirən fotoları CNN telekanalı çəkib.
Məlum olub ki, Sinavi-Grace Xəstəxanasında morqlarda yer qalmadığı üçün cəsədləri boş otaqlara yığırlar.
Xəstəxananın əməkdaşı bildirib ki, normalda tibbi personalın yatmaq və dincəlməyi üçün nəzərdə tutuan otaqları morqa çevrilərək koronavirusdan ölənləri ora yığıblar.
Fotoların birində iki cəsədin yataq çarpayısına uzadıldığı, bir cəsədin isə kresloya qoyulduğu görünür.