14 Aprel 2020 14:18
1 829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Xarici İşlər Nazirliyi Çin saytında Qazaxıstanın ərazi bütövlüyünü şübhə altına alan məqaləyə görə Pekinə etiraz edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Material müəllifi müasir Qazaxıstanın tarixən Çinə məxsus ərazidə yerləşdiyini iddia edib.

“Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyində Çin Xalq Respublikasının Qazaxıstandakı səfiri Çjan Syao ilə görüş keçirildi. Görüş zamanı Qazaxıstan tərəfi Çinin www.sohu.com veb saytında “Qazaxıstan niyə Çinə dönməyə can atır” başlıqlı məqaləyə etiraz edildi”, – deyə Qazaxıstan XİN-in açıqlamasında bildirilib.

Mətbuat üçün açıqlamada bildirilib ki, bu məzmunda məqalənin dərcinin 11 sentyabr 2019-cu ildə dövlət başçıları tərəfindən imzalanan Qazaxıstan-Çin birgə bəyanatında əks olunan daimi hərtərəfli strateji tərəfdaşlığın ruhuna uyğun gəlmədiyi Çin səfirinin diqqətinə çatdırılıb. “Tərəflər KİV və informasiya sahəsində sıx qarşılıqlı fəaliyyət göstərməklə bağlı razılığa gəldilər. Bundan əlavə Qazaxıstan Respublikasının Pekindəki səfirliyi Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinə müvafiq nota göndərdi”, – deyə Qazaxıstan xarici siyasət idarəsinin məlumatında bildirilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər