14 Aprel 2020 14:52
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyada koronavirus pandemiyası qurbanlarının sayı 18 min nəfəri ötüb. Ölkədə son sutka ərzində daha 567 nəfər koronavirus səbəbindən həyatını itirib.

Teleqraf.com xəbər verir ki, bu barədə İspaniyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məluata görə, infeksiyaya yeni yoluxma hallarının sayı 3045 nəfər olub. Beləliklə, İspaniyada ümumi yoluxanların sayı 172 541 nəfərə çatıb.

Ölənlərin dəqiq sayı isə 18056 nəfərdir.

O da bildirilir ki, xəstəlkdən sağalanların sayı 67,5 min nəfərdir. Hazırda İspaniyada 87 min aktiv koronavirus xəstəsi var.

İspaniya hazırda itkilərin sayına görə dünyada üçüncü (ABŞ və İtaliyadan sonra), yoluxanların sayına görə isə ikinci (ABŞ-dan sonra) yerdədir.

Bununla belə, son vaxtlar virusun yayılmasının yavaşlaması tendensiyası izlənilir. İspaniya Səhiyyə Nazirliyinin rəhbərliyi pandemiyanın pik nöqtəsinin keçdiyini düşünür.


Müəllif: Səxavət

Oxşar xəbərlər