14 Aprel 2020 18:39
1 987
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Duması Rusiya vətəndaşlığını qəbul edərkən digər ölkənin vətəndaşlığından imtina etməməyə imkan verən qanun layihəsini birinci oxunuşda qəbul edib.

Teleqraf.com xəbər verir ki, hazırda Rusiya vətəndaşı olmaq üçün ərizə verən əcnəbi öz ölkəsində vətəndaşlıqdan imtina barədə müraciət verdiyini təsdiq etməlidir.

Yeni qanun layihəsi qəbul edilərsə, bu tələb aradan qaldırılacaq.

MDB, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqə Komitəsinin sədri Leonid Kalaşnikov bildirib ki, layihə ikinci oxunuşda aprelin 17-də nəzərdən keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər