Türkiyədə son sutka ərzində koronavirusdan daha 107 nəfər ölüb, 842 nəfər sağalıb. Bununla da dünyasını dəyişənlərin ümumi sayı 1403 nəfərə çatıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca deyib.
F.Qoca deyib ki, aprelin 14-də ölkə üzrə 33 070 nəfər üzərində test aparılıb.
Nazirin sözlərinə görə, ölkədə 4 062 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 65 111 nəfərə yüksəlib.