Misirin paytaxtı Qahirədə terror qruplaşmasına qarşı əməliyyat çərçivəsində yaranmış qarşıdurmada biri zabit olmaqla 8 nəfər həlak olub, 3 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Misir Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ölənlərdən 7 nəfərinin terrorçu, yaralananlardan ikisinin polis olduğu bildirilib. Terror qruplaşmasının Pasxa bayramına hazırlaşan xristianlara hücuma hazırlaşdığı qeyd olunub.
Misirdə yaşayan 15 milyon xristian gələn həftə Pasxa bayramını qeyd etməyə hazırlaşır.