ABŞ Prezidenti Donald Tramp yeni tip koronavirus epidemiyası ilə bağlı ittiham etdiyi Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə dəstəyini kəsdiyini elan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə qərarını Tramp Ağ Evdə koronavirusla mübarizə çərçivəsində keçirilən iclasda açıqlayıb.
Prezident deyib ki, ÜST pandemiyanın dünyada yayılmasında ciddi məsuliyyəti var və bu qurum üzərinə düşəni etməyib.
Donald Tramp ÜST-ü bir müddətdir Çinə işləməkdə suçlayır.
Qeyd edək ki, ABŞ illik ÜST-ə 400-500 milyon dollar arasında maliyyə dəstəyi verir. Çin isə bu quruma illik 40 milyon dollar ödəyir.