15 Aprel 2020 16:16
2 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Məxfi Kəşfiyyat Xidmətinin (SIS) keçmiş direktoru Con Savers koronavirus infeksiyasının qarşısını ala bilməyən Çinin əsas məlumatları dünyadan gizlətdiyini və bunun məsuliyyətini öz üzərinə götürməli olduğunu deyib.

Teleqraf.com xəbər verir ki, Savers Çinin dekabr və yanvar aylarına aid olan bəzi ciddi məlumatları Qərbdən gizlətdiyini bildirib.

“ABŞ-da virusun Çindən yayılmasına görə böyük bir qəzəb var. İnfeksiyanın yayılmasının qarşısını ala bilməyən Çin bunun məsuliyyətini üzərinə götürmək istəmir. Dövlətlərin kəşfiyyat xidmətləri bu məlumatları ələ keçirməyə çalışır”, - kəşfiyyat xidmətinin keçmiş şefi qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər