30 Sentyabr 2014 14:26
906
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanda qadınlardan ibarət "Hizb ut-təhrir" ekstremist qruplaşması zərərsizləşdirilib.

Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, dəstə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Cəlalabad vilayətinin cənub-şərqində aşkar olunub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri zamanı qadınlar qanadının yeddi fəal üzvü saxlanılıb.

Saxlanılan 20-25 yaşlı qadınlar Cəlalabad vilayətinin Nookensk rayon sakinləridir: “Onlar fəal ekstremist fəaliyyətlə məşğul olurlar. Müsadirə olunmuş materiallar göstərir ki, iş zamanı onlar internet resurslarından mütəmadi istifadə edirlər.”

Faktla bağlı artıq cinayət işi başlanılıb.

Xatırladaq ki, "Hizb ut-təhrir" təşkilatı Mərkəzi Asiyanın bütün ölkələrində qadağan olunub. Ekstremistlər regionda mövcud dünyəvi hakimiyyəti devirmək məqsədi ilə fəaliyyət göstərirlər.

Mütəxəssislərin fikrincə, əvvəllər radikallar əsasən Qırğızıstanın cənub bölgələrində fəaliyyət göstərirdisə, son illər onlar respublikanın şimal rayonlarında da öz məqsədlərini fəal təbliğ edirlər.

Samir


Müəllif:

Oxşar xəbərlər