Yarasadan koronavirusa yoluxan ilk pasiyent Çinin Uhan şəhərindəki Virusologiya İnstitutunun laboratoriyasında işləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Mənbə bu faktın Çin hökumətinə məlum olduğu və bunu təkidlə gizlətdiyini iddia edib.
Məlumatda sözügedən laboratoriyanın bioloji silah hazırlamadığı, sadəcə olaraq, viruslar üzərində araşdırma apardığına diqqət çəkilib.
Nəşrin ələ keçirdiyi hesabatda qeyd edilir ki, koronavirusa yoluxan ilk insanın həmin laboratoriyada işlədiyi və Uxanda pandemiyanın həmin şəxs vasitəsilə yayıldığı Çin hökuməti tərəfindən də təsdiq edilir.