Donbasda özünü müstəqil elan etmiş “Donetsk Xalq Respublikası” ilə Kiyev arasında əsirlərin mübadiləsi proseduru başlayıb.
Teleqraf.com xəbər verir ki, mübadilə “Donetsk Xalq Respublikası”nın nəzarətində olan Qorlovka şəhərciyi yaxınlığında təmas xəttindəki nəzarət-buraxılış məntəqəsində baş verir.
Qeyd edək ki, bundan əvvəl qondarma rejimin ombudsmanı Darya Morozova “Donetsk Xalq Respublikası” ilə Kiyev arasında əsirlərin mübadiləsinin aprelin 16-da baş tutacağını təsdiqləmişdi.
O da bildirilir ki, əsirlərin mübadiləri ilə bağlı detallar Donbas üzrə Üçtərəfli Əlaqə Qrupunun humanitar alt qrupunun üzvləri tərəfindən razılaşdırlıb.