16 Aprel 2020 16:14
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) Komissiyasının sədri Ursula von der Leyen koronavirus epidemiyasına hazırlıqsız vəziyyətdə yaxalandıqlarını və İtaliyanı lazım olan dəstəklə təmin etmədiklərini etiraf edərək üzr istəyib.

Teleqraf.com xəbər verir ki, AB-nin Komissiyasının sədri etiraf və üzrxahlığını Avropa Parlamentində deputatlar qarşısında çıxışı zamanı edib.

O, koronavirus səbəbindən vəfat edənləri anmaq istədiyini bildirərək İtaliyaya lazımı dəstək vermədiklərini deyib. Avropa Birliyi adından İtaliyadan üzr istəyən Leyen əlavə edib ki, belə böyük pandemiyanın öhdəsindən gəlmək üçün gerçəkləri etiraf etmək şərtdir: “Heç kim bu vəziyyətdən çıxmağa hazır deyildi”.

Fərqli AB ölkələrindən İtaliya və İspaniyaya gedən yardımları xatırladan Avrokomissiyanın sədri deyib ki, rumıniyalı həkimlər İtaliyada xəstələri müalicə edir: “Almaniyadan İspaniyaya süni tənəffüz aparatları göndərildi. Fransandan xəstələr Almaniyaya gətirilib müalicə edilir. Avropa olaraq bir-birimizi qorumağın vacibliyini anlamalıyıq”.


Müəllif: Cavad

Oxşar xəbərlər