Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Gürcüstanın dövlət başçısı Salome Zurabişvili arasında telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, telefon söhbəti zamanı yeni növ koronavirus epidemiyası ilə mübarizədə əməkdaşlıq məsələləri, iki dövlət arasında münasibətlər və regional mövzular müzakirə edilib.
Prezidentlər bildiriblər ki, böhran və böhrandan sonrakı vəziyyətdə nəqliyyat dəhlizləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edir.