17 Aprel 2020 09:14
6 965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Provansa Universitetinin alimləri koronavirusun hansı temperaturda tam məhv olduğunu açıqlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə hesabat Biorxiv resursunda dərc olunub.

Hesabata görə, taclı virus 92 dərəcə istilikdə, 15 dəqiqə ərzində tam zərərsizləşir. Müsbət 60 dərəcədə, 1 saat ərzində isə virusun bəzi ştampları özünüçoxaltma qabiliyyətini saxlayır.

İndiyə qədər əksər laboratoriyalarda 60 dərəcə istilik və 1 saat müddət virusun məhv olması üçün protokol standartı sayılırdı.


Müəllif: Mahir

Oxşar xəbərlər