Kanadada ötən sutka ərzində koronavirusa yoluxanların sayı 1 792 nəfər artaraq 31 884-ə çatıb. Bu, ölkədə rekord sayda artımdır.
Teleqraf.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, əvvəlki rekord aprelin 16-da, bir gün ərzində 1 711 nəfərin yoluxduğu zaman qeydə alınıb.
Qeyd edək ki, artıq üçüncü gündür ölkədə yeni infeksiyaya yoluxanların sayında artım müşahidə olunur.
Ən son məlumata görə, Kanadada 507,7 mindən çox insan COVID-19 üçün testdən keçib.
Ən çox yoluxma halı Kvebek (16 798), Ontario (9 525) və Alberta (2 397) əyalətlərində qeydə alınıb.