Nyu-yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyasında iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçiləri ilə ABŞ polisi arasında daha bir qalmaqalın görüntüləri yayılıb.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, iclasda işritak etmək üçün BMT-nin salonuna gələn Ərdoğanı polis içəri buraxmır.
Bundan sonra polis işçiləri ilə prezident mühafizəçiləri arasında mübahisə düşür. Qalmaqal zamanı mühafizəçilər polisə Ərdoğanın kimliyini tanıtmağa çalışıblar: “ Sakit ol! Onun kim olduğunu bil! Türkiyə prezidentidir”.
Samir