İraqda “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının nəzarətində olan 16 kənd aza edilib.
Teleqraf.com gazetevatan.com-a istinadən xəbər verir ki, bu barədə Suriyada döyüşən kürd hərbi birləşmələri (peşmərgə) məlumat yayıb. Məlumatlara görə, əməliyyatlar əsasən İraqın Suriya ilə sərhədində yerləşən Mosul şəhərinin Rabia bölgəsində həyata keçirilib.
Əməliyyata havadan dəstək verən koalisiya qüvvələri kəndlərdən Rabianın mərkəzinə doğru çəkilən İŞİD-in mövqelərini bombardman ediblər.
Rəsmilər 33 ayrı nöqtədən aparılan əməliyyatın Kobaniyə dəstək məqsədilə təşkil olunduğunu bildirib.
Samir