18 Aprel 2020 18:47
1 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adxanom Gebreyesus vəhşi heyvan bazarlarının ancaq, lazım olan şərtlərin yerinə yetirilməsi vəziyyətində açılması lazım olduğunu bildirib.

Teleqraf.com xəbər verir ki, ÜST rəhbəri vəhşi heyvan bazarlarının qapalı qalmalı olduğunu deyib.

Yeni virusların 70 faizinin heyvanlardan insanlara yoluxduğunun təxmin edildiyini bildirən Gebreyesus ehtimal olunan infeksiyaların qarşısını almaq üçün bazarlarda vəhşi heyvan ətinin satışının nizamlanmasının vacib olduğuna diqqət çəkib.

Yeni növ koronavirusun Çinin Uhan şəhərindəki bazarlardan yayılmasına toxunan qurum rəhbəri qeyd edib ki, bu bazarlar dünya miqyasında milyonlarla insanın qida qaynağı olsa da, buradakı satış yerləri yalnız gigiyena standartları çərçivəsində açılmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər