18 Aprel 2020 20:56
3 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yəməndə BƏƏ tərəfindən dəstəklənən Cənub Keçid Şurası (CKŞ) hökumət qüvvələri ilə yeni bir savaşın başlamaq üzrə olduğu xəbərdarlığını edib.

Teleqraf.com xəbər verir ki, İranın dəstəklədiyi qiyamçı husilərlə mərkəzi hökumət arasında gedən savaşı fürsət bilən şura ölkənin şimalında öz müstəqil dövlətini quracağını açıqlayıb.

CKŞ BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü olan ölkənin Yəməndəki səfirliyinə göndərdiyi məktubda hökumət qüvvələri ilə savaşın başlanacağını istisna etməyib.

Yəmən hökumətinin bölgədə terrorizmi dəstəkləyən dövlətlərlə hərəkət etdiyinin yazıldığı məktubda terror təşkilatlarının azad edilmiş cənub bölgələrinə yönəldildiyi bildirilib.

Cənub Keçid Şurası aprelin 14-də Zəncibarda keçirilən görüşdə hökumət qüvvələri ilə atəşkəs barədə anlaşmışdı. Lakin görüşdən iki gün sonra ölkənin şimalında öz müstəqil dövlətini quracağını açıqladı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər