Çoxfunksiyalı yeni Pilotsuz Uçan Aparatlar (PUA) İran ordusuna təhvil verilib.
Teleqraf.com xəbər verir ki, bu barədə İranın müdafiə naziri Əmir Xatəmi məlumat verib.
Onun sözlərinə görə, dronlar İran universitetləri və yerli şirkətlər tərəfindən yaradılıb:
“Bunlar hava hücumundan müdafiə sistemləri və təyyarələrini hədəfdən yayındırmaq üçün istifadə edilə bilər. Bu dronlar ölkə sərhədlərində kəşfiyyat aparmaq üçün mühüm rol oynaya da bilər. 40-45 min metr yüksəklikdə uçmaq gücünə malikdirlər”.