Liviya Milli Sülh Hökumətinin silahlı qüvvələri qiyamçı Haftar ordusunun paytaxt Tripolidən cənubunda yerləşən Tarxuna şəhərindəki mövqelərinə qarşı hərbi əməliyyatlara başlayıb.
Teleqraf.com xəbər verir ki, Tarxuna şəhəri qiyamçı general Xəlifə Haftarın qalası hesab olunur.
Əməliyyatlarda məqsədin şəhəri qiyamçılardan geri almaq olduğu bildirilib. Tarxuna müxtəlif istiqamətlərdən hökumət qüvvələrinin hücumlarına məruz qalıb.
Tarxuna Haftar ordusunun Tripoliyə hücumlarında mərkəz rolu oynayır.