Çində ötən sutka ərzində yeni növ koronavirusa 16 yoluxma halı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Çinin gigiyena və səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.
COVID-19 infeksiyası 9-u xarici ölkələrdən qayıdan vətəndaşlarda, 7-si isə ölkə daxilində aşkarlanıb.
Son sutka ərzində koronavirusdan ölən olmayıb.
Qeyd edək ki hazırda Çində xəstəxanalarda 1 041 nəfər müalicə alır, 85 nəfərin vəziyyəti ağırdır.