19 Aprel 2020 09:54
2 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp koronavirus pandemiyası ilə mübarizə çərçivəsində İranla bağlı kritik açıqlama verib.

Teleqraf.com xəbər verir ki, Tramp Ağ Evdə keçirilən brifinq zamanı Birləşmiş Ştatların koronavirusun yayılmasına qarşı yardım üçün İrana süni tənəffüs aparatları göndərməyə hazır olduğunu bəyan edib.

"Mən prezident kimi vəzifəmə başlayanda İran bütün Yaxın Şərqi nəzarətə götürməyə hazır idi. Hazırda isə onlar sağ qalmağı düşünürlər, hər həftə etirazlar keçirilir, koronavirusa görə böyük gərginlik var və mən bunun olmamasına üstünlük verərdim. Onlara kömək barədə təklif etmişəm", - deyə ABŞ prezidenti vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər