20 Aprel 2020 08:05
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kanadanın Yeni Şotlandiya əyalətinin Portapik şəhərində 51 yaşlı Qabriel Uortman 16 nəfəri güllələyərək öldürüb.

Bu barədə “CBC” kanalına milli polis komissarı Brend Laki məlumat verib.

Onun sözlərinə görə, silahlı insident terror aktı kimi qiymətləndirilmir.

04:01***

Kanadanın Yeni Şotlandiya vilayətində baş verən silahlı insident zamanı dünyasını dəyişən şəxslərin sayı 13 nəfərə çatıb.

Bu barədə “CBC” kanalına milli polis komissarı Brend Laki məlumat verib. Onun sözlərinə görə, istintaq davam edir və polis cinayətin digər qurbanlarının aşkar olunacağını da istisna etmir.

Qeyd olunub ki, 51 yaşlı Qabriel Uortman bazar günü gecə (19 Aprel - Red) Portalik şəhərində və daha sonra bir sıra digər yaşayış məntəqələrində insanlara atəş açıb.

Cinayətkarın tutulması üçün 12 saat davam edən əməliyyat nəticəsində polis əməkdaşı öldürülüb, daha biri yaralanıb. 51 yaşlı şəxs hüquq mühafizə orqanının əməkdaşı olmasa da əynində polisin xüsusi geyim forması olub və patrul avtomobilində hərəkət edib.

02:19***

Kanadanın Yeni Şotlandiya əyalətinin Portapik şəhərində baş verən silahlı insident nəticəsində azı 10 nəfər ölüb.

Bu barədə şəhər polisi məlumat yayıb. Polis əməkdaşı Kris Lezer bildirib ki, faktla bağlı araşdırma aparılır.

“Deyə bilərəm ki, 10-dan çox dinc sakin qətlə yetirilib. Lakin, ölü sayının artacağı istisna olunmur”.

"CBC" kanalının məlumatına görə, insanları güllələyən şəxs zərərsizləşdirilib. Cinayətkarın tutulması üçün aparılan əməliyyatda bir polis əməkdaşı öldürülüb, digəri yaralanıb.

Qeyd edək ki, Kanadanın Yeni Şotlandiya əyalətinin Portapik şəhərində 51 yaşlı Qabriel Uortman insanlara atəş açıb.

23:00 (2020.04.19)

Kanadanın Yeni Şotlandiya vilayətində polis insanlara atəş açan şəxsi saxlayıb.

Teleqraf.com xəbər verir ki, hadisə Portapik şəhərində baş verib.

Hüquq mühafizə orqanlarının məlumatına görə, 51 yaşlı Qabriel Uortman 18 aprel axşam saatlarında insanlara atəş açmağa başlayıb. Hadisə nəticəsində bir neçə nəfər ölüb.

Polis cinayətkarı saxlayaraq həbs edib. Qeyd olunub ki, 51 yaşlı şəxs hüquq mühafizə orqanının əməkdaşı olmasa da əynində polisin xüsusi geyim forması olub.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər