20 Aprel 2020 13:02
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın ABŞ Prezidenti Donald Tramp tərəfindən ona təklif olunan mexaniki ventilyasiya aparatlarına (IVL) ehtiyacı yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

O, İranın özünün mexaniki havalandırma cihazlarını bir neçə ay ərzində ixrac etməyə başlayacağını vurğulayıb: “Başqa ölkələrin işlərinə, xüsusən də xalqımın işlərinə qarışmağı dayandırmaq lazımdır”.

Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında bildirib ki, COVID-19 pandemiyasından ciddi əziyyət çəkən İran istəsə, ABŞ yardım göstərə və tibbi avadanlıq göndərə biləcək: “Onlara kömək təklif etdim. Havalandırma cihazları lazımdırsa, mən bu cihazları göndərəcəm. Bizim minlərlə cihazımız var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər