Bu gün İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşüb.
Teleqraf.com xəbər verir ki, Cavad Zərif suriyalı həmkarı Vəlid Muallimlə də bir araya gəlib.
Dəməşq danışıqlarında İdlibdəki son vəziyyətin müzakirə edildiyi bildirilib.
Görüşlərdə Cavad Zərif, Bəşər Əsəd və digər diplomatların maskda olduğu diqqət çəkib. İranlı nazir üstəlik əlinə əlcək də taxıb.