ABŞ-da son 24 saat ərzində 1 590 nəfər koronavirusdan ölüb və bununla da ölkədə pandemiya qurbanlarının sayı 40 690-a çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə federal və yerli statistika, həmçinin başqa məlumatlar əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.
Məlumata görə, ABŞ-da daha 24 499 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə, infeksiya daşıyıcılarının sayı 789 786-ya yüksəlib.