21 Aprel 2020 11:22
1 377
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə, Rusiya və İranın Xarici İşlər nazirləri aprelin 22-də Suriya ilə bağlı danışıqlar aparacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bu formatda danışıqlar ilk dəfə onlayn rejimdə keçiriləcək.

Bundan əvvəl İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Suriya Prezidenti Bəşər Əsədlə görüşündə, Suriya konstitusiya komitəsi və İdlib əyalətindəki vəziyyətlə bağlı üç ölkə arasında danışıqların yaxın vaxtlarda baş tutacağını açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər