Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inın səhhətində problem yaranmasına dair Seul heç bir əlamət qeydə almayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Rönhap” agentliyi Cənubi Koreya hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
“Bu doğru deyil”, – deyə agentliyin mənbəyi bildirib.
Digər bir mənbə isə qeyd edib ki, son vaxtlara qədər Şimali Koreya lideri özünün vəzifə səlahiyyətlərini yerinə yetirməyə davam edir və ictimaiyyət önündə görünüb.
Analoji informasiyanı jurnalistlərə Koreya Respublikası Prezident Administrasiyasının nümayəndəsi də təsdiqləyib. Onun sözlərinə görə, Şimali Koreyada qeyri-adi fəaliyyətə dair heç bir əlamət yoxdur.
Qeyd edək ki, bundan əvvəl CNN telekanalı ABŞ səlahiyyətlilərinin Kim Çen Inın səhhətinin əməliyyatdan sonra pisləşməsinə dair kəşfiyyat məlumatlarını öyrəndiyini bildirmişdi.