PKK terror qruplaşmasının bir neçə silahlısı Türkiyənin təhlükəsizlik qüvvələrinə könüllü təslim olublar.
Teleqraf.com xəbər verir ki, təhlükəsizlik qüvvələrinin uğurlu əməliyyatları PKK terror qruplaşmasının dağılmasını sürətləndirib. Əməliyyatlara ayrı-ayrı ailələrin dəstəyi ilə keçirilən inandırma üsullarının əlavə edilməsi ilə terrorçuların təslim olmaları son illər ərzində ən yüksək həddə çatıb.
Təslim olan PKK üzvləri etiraf ediblər ki, pis yaşam tərzi üzündən yaraqlılar arasında koronavirusa yoluxma halı geniş yayılıb. Rəhbərlik virusa yoluxmuş üzvləri kamikadzeliyə məcbur edir.