22 Aprel 2020 13:23
1 428
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp Amerikada daimi yaşamaq üçün icazənin (qrin kartın) verilməsini dayandıracaq.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, prezident çərşənbə axşamı ABŞ-da daimi yaşamaq üçün yeni icazələrin verilməsinin dayandırılacağını elan etməyi planlaşdırır. Məlumatda qeyd edilib ki, prezidentin bu qərarı on minlərlə insana təsir edəcək.

Qəzetə yaxın mənbə qrin kartların verilməsində nə qədər fasilə elan olunacağını açıqlamır. Rəsmi açıqlama Ağ Evdə keçirilən ənənəvi brifinqdə veriləcək.

Qəzetin yazdığına görə, bu qərar koronavirus pandemiyasının yaratdığı böhran zamanı ailə üzvləri ilə görüşmək və ya işləmək istəyən on minlərlə insanın ABŞ-a girişini bağlayacaq.

Nəşr yazır ki, ötən il Birləşmiş Ştatlar bu ölkədə daimi yaşamaq üçün müraciət edən 1 milyona yaxın insana sorğu göndərib. Nəşrin istinad tdiyi mənbəyə görə, Trampın fərmanında bəzi istisnalar nəzərdə tutulur. Məsələn, Amerika vətəndaşlarına həyat yoldaşlarını və uşaqlarını ABŞ-a gətirmək qadağan edilməyəcək.

Bazar ertəsi Tramp koronavirus pandemiyası ilə əlaqədar ABŞ-a miqrasiyanı dayandırmaq niyyətində olduğunu açıqlayıb. Başqa məlumat verməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər