Almaniyanın bütün əyalətlərində tibbi maska taxmaq məcburi olub.
Teleqraf.com xəbər verir ki, aprelin 27-dən başlayaraq hər kəs alış-verişdə və ictimai nəqliyyat vasitələrində maska taxmalıdır.
Eyni zamanda maska ilə yanaşı, şərf, yaylıq kimi vasitələrdən də istifadə etmək olar.
Qeyd edək ki, Almaniyada koronavirusa yoluxma hallarının sayı 148 000-i ötüb. Pandemiya qurbanlarının sayı isə 5 117-dir.