1 Oktyabr 2014 00:40
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 2-də Türkiyə Böyük Millət Məclisində səsverməyə çıxarılacaq Suriya və İraqla bağlı qərar layihəsinin təfərrüatları bəlli olub.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, qərarın mətnində “xarici əsgərlərin Türkiyədə olması” ifadəsi yer alıb.

Baş nazir Əhməd Davudoğlu tərəfindən imzalanan, İraq və Suriya üçün tək mətn olaraq hazırlanan qərar layihəsinə olan ehtiyac Türkiyənin cənub quru sərhədləri boyunca milli təhlükəsizliyə olan risk və təhdidlərlə izah olunur.

“İraqın şimal bölgəsində silahlı PKK terror təşkilatı varlığını davam etdirməkdədir. Eyni zamanda Suriya və İraqda digər terror ünsürlərinin sayı və ortaya qoyduqları təhdid əhəmiyyətli şəkildə artıb”, - qərar layihəsində deyilir.

İraq və Suriyadan gələn təhdidlər eyni olduğundan qərar layihəsinin mətni də hər iki ölkə ortaq hazırlanıb. Qərar layihəsi lazım olduğu halda Türkiyə Silahlı Qüvvələrinin sərhəd xaricindəki əməliyyatlara göndərilməsi və eyni məqsədlərə üçün xarici silahlı qüvvələrin Türkiyədə olması, bu qüvvələrin hökumətin təyinatına əsasən istifadə edilməsi, risk və təhdidlərin aradan qaldırılması üçün hər cür tədbirin görülməsini nəzərdə tutur.


Müəllif:

Oxşar xəbərlər