Şimali Koreya lideri Kim Çen İnin səhhəti ilə bağlı mətbuatda yazılanlar təsdiqini tapıb.
Teleqraf.com xəbər verir ki, Şimali Koreyanın rəsmi xəbər agentliyi Tvitterdə ölkə rəhbərinin keçirdiyi əməliyyatdan sonra komada olduğunu açıqlayıb.
“Dövlət başçısı dərin meditasiyadadır və xarici siqnallara reaksiya vermir”, - deyə bildirilir.
Qeyd edək ki, Kim Çen İnin xəstəliyi ilə bağlı dəqiq məlumatlar bəlli olmasa da, KİV onun ürək əməliyyatı keçirdiyini və vəziyyətinin ağır olduğunu yazıb.
Məlumata görə, ölkə rəhbərinin vəziyyəti xəstəliyi səbəbindən pisləşərsə, hakimiyyətə kiçik bacısı Kim Ye Çjon keçəcək.