ABŞ-ın Kentukki ştatında məktəblərdən birində silahlı insident yaşanıb.
ANS PRESS-in məlumatına görə, Luisvilya şəhərciyində yerrləşən məktəblərdən birinə silahlı şəxs girərək şagirdlərə atəş açmağa başlayıb.
Hadisə bir neçə saat bundan əvvəl baş verib.
ABŞ mətbuatının yazıdığına görə, şagirdlərdən biri ağır yaralanıb. O, xəstəxanaya yerləşdirilib. Silahlı şəxs hadisə yerindən qaçmağa cəhd etsə də polis onu tuta bilib. Silahlı şəxsin kim olduğu barədə hələlik heç bir açıqlama verilmir.
Qeyd edək ki, ABŞ-da bu gün ərzində baş verən ikinci belə hadisədir. Bu gün günorta saatlarında da Şimali Karolina ştatında silahlı şəxs məktəbə girərək şagirdlərə atəş açımışdı. Polis həmin şəxsi də saxlamışdı.