Bolqarıstan ordusu İraqa 3 milyon avro dəyərində silah-sursat bağışlayıb.
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, Bolqarıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, 1800 ədəd atıcı silah və 6 milyon ədəd döyüş sursatı artıq İraqa çatdırılıb.
BMT TŞ-nın 8 iyun 2004-cü il tarixli qətnaməsi hərbi yardımın göstərilməsi üçün hüquqi əsas olub. Bu qətnamə, ehtiyac yarandıqda İraq hökumətinə silah-sursatın tədarükünü nəzərdə tutur.