ABŞ Silahlı Qüvvələrinin baş qərargah rəisinin müavini Con Hayten Şimali Koreya lideri Kim Çen Inın komaya düşməsi haqda məlumatlara münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, amerikalı general bu xəbərin inandırıcı olmadığını deyib.
“Kim Çenin hələ Şimali Koreyanın nüvə qüvvələri və ordusunun başında dayandığını düşünürəm. Buna şübhə etmək üçün əlimdə səbəb yoxdur”, - Hayten söyləyib.
Qeyd edək ki, bundan əvvəl Şimali Koreyanın rəsmi xəbər agentliyi ölkə rəhbərinin keçirdiyi əməliyyatdan sonra komada olduğunu açıqlayıb:
“Zati-aliləri dərin meditasiyadadır və xarici siqnallara reaksiya vermir”.