23 Aprel 2020 14:13
808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyası səbəbindən (COVID-19) iclaslarını onlayn keçirməyə başlayan Uels parlamentində söyüş skandalı yaşanıb.

Teleqraf.com xəbər verir ki, mikrofonu açıq qoymasını unudan səhiyyə naziri Voqan Getinqin iclas vaxtı etdiyi söyüş tez bir zamanda mediada öz əksini tapıb.

Xanım deputat Cenni Ratbonun suallarına qəzəblənən Voqan buna söyüş söyərək cavab verib.

Söyüşün eşidilməsinin fərqində olmayan nazir iclas iştirakçılarına “Bu qadına nə olub?”, sualını da ünvanlayıb.

Olayın üzə çıxmasından sonra Voqan Tvitter üzərindən xanım deputat və ölkə ictimaiyyətindən üzr istəyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər