Avropa İttifaqı indi də Litvanı Rusiyadan müdafiə etmək məcburiyyətində qalıb.
Teleqraf.com-un xəbərinə görə, qurum Rusiyadan Litva bayrağı ilə üzən Juros Vilkas gəmisini dərhal azad etməyi tələb edib. Bu barədə Avropa İttifaqı rəhbərliyinin yaydığı bəyanatda bildirilir
Qurum gəminin və ekipaj üzvlərinin saxlanılmasından narahat olduğunu bildirib.
Qeyd edək ki, Rusiya tərəfi gəmidə 15 ton qanunsuz krab olduğunu və gəminin bu səbəbdən həbs edilərək Murmanska aparıldığını bəyan edib.
Nihad