23 Aprel 2020 15:10
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın üçüncü prezidenti Serj Sərkisyanın kürəkəni və Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan barəsində qanunsuz yolla zənginləşmə, çirkli pulların yuyulması və gəlir bəyannaməsindəki saxta məlumatlarla bağlı ittiham aktı tərtib olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə Sərkisyanın vəkili Amram Makinyan məlumat verib.

Onun sözlərinə görə, müstəntiqlər həbs qətimkan tədbirinin tətbiqi barədə qərar qəbul etmədən məhkəməyə ərizə təqdim ediblər.

Vəkil irəli sürülən ittihamlar əsasında sabiq prezidentin kürəkəni barəsində həbs qətimkan tədbirinin seçilə biləcəyini istisna etməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər