1 Oktyabr 2014 09:24
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin Baş katibi Pan Ki Mun İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşüb.

Axar.az Haberturk-ə istinadən xəbər verir ki, görüşlə bağlı BMT-dən verilən açıqlamaya görə, tərəflər Qəzzadakı son vəziyyəti müzakirə edib.

Pan Ki Mun bölgədəki problemin həll edilməsi üçün Qəzzaya tətbiq olunan sanksiyanın götürülməsi və İsrailin “qanuni təhlükəsizlik narahatlığının” aradan qaldırılmasını tələb edib.

Baş katib İsrail-Fələstin probleminin həlli üçün siyasi səylərə də vaxt itirilmədən yenidən başlanılmalı olduğunu qeyd edib.


Müəllif:

Oxşar xəbərlər