24 Aprel 2020 11:23
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Haqları və Əmək Bürosu Suriyada demokratiya, insan hüquqları və qanunun aliliyini dəstəkləyən layihələrə 1,5 milyon dollar ayırmaq niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə qrant layihəsi nəzərdə tutulub.

“Demokratiya, İnsan Haqları və Əmək Bürosunun məqsədi icmalararası münaqişələrin qarşısının alınması proqramlarını dəstəkləmək, vətəndaş məkanını qorumaq və Suriyanın vətəndaş cəmiyyəti ilə ədalət mühakiməsinin hesabatlılığı gücləndirmək səylərini təşviq etməkdir”, – deyə sənəddə bildirilir.

Dövlət Departamenti fəallara birbaşa yardım göstərmək, ittifaqlar və şəbəkə birlikləri yaratmaq, eləcə də insan hüquqları ilə bağlı yardım göstərmək niyyətindədir. Bundan əlavə, vətəndaş cəmiyyətinin yerli hakimiyyət orqanları, icma liderləri və beynəlxalq ictimaiyyətlə qarşılıqlı əlaqəsinin gücləndirilməsi planlaşdırılır.

Bundan əlavə, Vaşinqtonun maliyyələşdirdiyi layihələr Suriyaya qayıdan qaçqınların reinteqrasiyasına və əhali qrupları arasında əlaqələrin bərpasına kömək etməlidir.

Bildirilir ki, layihə suriyalılara əmlak, qanunsuz həbs və digər sui-istifadə halları ilə bağlı problemlərin həllində hüquqi yardım göstərəcək.

ABŞ-ın qrantında qeyd olunduğu kimi, reallaşdıılan layihələr son nəticədə ölkədə uzunmüddətli islahatlara gətirib çıxarmalıdır.

2019-cu ilin sonunda ABŞ-ın müstəqil Suriya mediasına 35 milyon dollar ayırmaq planları haqqında məlumat yayılmışdı. Proqram ərəb respublikasının və Rusiyanın rəsmi hakimiyyət orqanlarını yaydığı dezinformasiyaya qarşı mübarizə aparmağı nəzərdə tuturdu.


Müəllif: Səxavət

Oxşar xəbərlər