Tacikistan başçısı Emoməli Rəhmon ölkədə kənd təsərrüfatı ilə məşğul olan vətəndaşlardan Ramazan orucunu təxirə salmağı tələb edib.
Teleqraf.com xəbər verir ki, Rəhmon vətəndaşlardan orucu münasib bir vaxtda tutmalarını istəyib.
“Kənd təsərrüfatı ərazilərində işləyən hər kəsi özlərin və ailələrinin sağlamlıqları, evlərinin rifahı üçün orucu daha münasib vaxtda tutmağa çağırıram”, - Tacikistan başçısı bildirib.