24 Aprel 2020 11:35
1 945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya Koreya Xalq Demokratik Respublikasındakı vəziyyəti, xüsusən onun lideri Kim Çen Inın sağlamlıq durumu barədə məlumatları toplamaq və təhlil etməklə məşğuldur.

Teleqraf.com xəbər verir ki, bunu Yaponiya Xarici İşlər Nazirliyinin rəhbəri Tosimitsu Moteqi deyib.

“Biz müxtəlif məlumatlarla, o cümlədən sədr Kim Çenin sağlamlıq durumu ilə bağlı məlumatlarla tanışıq. Biz bu məlumatların toplanması və təhlili ilə məşğuluq”, – deyə TASS nazirin sözlərindən sitat gətirib.

O qeyd edib ki, bu ölkədən təsdiqlənmiş məlumatların tez bir zamanda alınması problematikdir.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Kim Çen Inın vəziyyətinin pisləşməsi ilə bağlı bağlı xəbərləri qeyri-korrekt adlandırmışdı.

CNN telekanalı isə ABŞ səlahiyyətlilərinin Şimali Koreya liderinin səhhətinin əməliyyatdan sonra pisləşdiyinə dair açıqladığı məlumatları araşdırdıqlarını bildirmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər